Nəticəyə çox üzüldüm. Bəlkə də heç vaxt belə üzülməmişdim. Alınmadı. Amma ruhdan düşmək də lazım deyil. Qarşıda Slovakiya ilə oyuna hazırlaşmaq lazımdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri millimizin hücumçusu Mahir Əmrəli AÇ-2020-nin seçmə mərhələsində Macarıstana 1:3 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.
O, üçüncü qolu tez buraxdığını söyləyib: "Çatışmazlıqlar barədə danışmağım düzgün deyil. Çünki komandanın ən gənc oyunçusu mənəm. Böyüklər nə deyirsə, "baş üstə" deyirəm. Sadəcə, müdafiədə səhvlər buraxaraq məğlub olduq".