Qazandığı uğurlarla Türkiyədə hamının sevgisini qazanmış Azərbaycanlı ağır atlet Hafiz Süleymanov “facebook”da maraqlı foto paylaşıb. Belə ki, idmançı Türkiyə adına yarışlara qatıldığı vaxt çəkilmiş şəkillərini sosial şəbəkədə yerləşdirib. Bu da hamı tərəfdən maraqla qarşılanıb.
İkiqat dünya çempionu, beş dəfə isə Avropa çempionu olmuş Hafiz Süleymanov şəkillə bağlı Teleqraf.com-a bunları dedi:
“Bu şəkil 1996-cı il Atlanta Olimpiya Oyunları zamanı çəkilib. Biri amerikalı üzgüçülük üzrə məşqçidir. Digəri – hündürboy adam da ağır atletdir”.
Qeyd edək ki, Hafiz Süleymanov hazırda “Zirvə” idman klubunda ağır atletika üzrə baş məşqçi, qızlardan ibarət komandanın köməkçi məşqçisidir.
Xatırladaq ki, o 1989-cı ildə Türkiyəyə gedib qardaş ölkənin bayrağı altında yarışlara qatılıb. Türkiyədə olarkən adı Hafız Süleymanoğlu kimi qeyd edilib.
SSRİ-nin vətən xaini adlandırdığı azərbaycanlı idmançını prezident Turqut Özal isə özü şəxsən qarşılayıb. O, Türkiyədə yaşayarkən KQB onu daim izləyib.(http://publika.az/p/5035)
Aygün İlqarqızı