11 İyun 2019 14:34
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək oğlan və qızlardan ibarət U-17 yığma komandalarımızın üzvləri Belçikada hazırlıq prosesini davam etdirirlər. Təlim-məşq prosesi çərçivəsində velosipedçilərimiz bu ölkədə təşkil edilən beynəlxalq turnirlərdə də mübarizə aparırlar.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Kamran Mirzəxanov, Nofəl Nuriyev, Nikita Sıtov və Mustafa Muxtarlıdan ibarət komandamız Bertem şəhərində keçirilən beynəlxalq yarışda uğurla çıxış edib. Belçikanın “Cannibal” komandasının heyətində yarışan velosipedçilərimiz 40 kilometr məsafəyə qrup ötüşməsi zamanı əla komanda işi sərgiləyərək Nikita Sıtovun finiş xəttini birinci keçməsinə şərait yaradıblar və təmsilçimiz fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, “Bakı 2019” zamanı iyulun 23-də fərdi, iki gün sonra isə qrup ötüşməsi üzrə qaliblər müəyyənləşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər