12 İyun 2019 00:42
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Pis oynadığımız üçün uduzduq. Bir neçə yaxşı hücum qura bilsək də, bu, xal qazanmaq üçün bizə kifayət etmədi".

Teleqraf.com xəbər verir ki, bu sözləri millimizin hücumçusu Ramil Şeydayev Avro-2020-nin seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Zəif çıxış etdiklərini söyləyən futbol çox işləməli olduqlarını bildirib:

"Gərək çox işləyək, çox məşq edək. O zaman hər şey yaxşı olacaq".

Ramil paltardəyişmə otağından gec çıxmalarının səbəbini də açıqlayıb: "Paltardəyişmə otağında heç nə baş verməmişdi. Sadəcə, baş məşqçi bizimlə danışırdı. İçəridə AFFA rəhbərliyindən kimsə yox idi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər