12 İyun 23:53

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Slovakiyaya böyük hesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.

Teleqraf.com xəbər verir ki, futbolçu bu haqda feysbuk səhifəsində bildirib.

"Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz", - o yazıb.

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsində ötən gün keçirilən matçda Azərbaycan millisi slovaklara 5:1 hesabı ilə məğlub olub. Komandamızın yeganə qolunu Şeydayev vurub.


Müəllif: Teleqraf.com