Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.
Teleqraf.com xəbər verir ki, İveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Püşkdə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ”ın da rəqibi bilinəcək.
Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk raundda özündən nisbətən zəif rəqiblərlə mübarizə aparacaq
Birinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq "Qarabağ"ın 5 potensial rəqibi aşağıdakılardır:
"Valetta" (Malta)
"Sarayevo" (Bosniya və Herseqovina)
"Sutyeska" (Monteneqro)
"Partizani" (Albaniya)
"Saburtalo" (Gürcüstan)
ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.