19 İyun 2019 14:20
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Teleqraf.com-un məlumatına görə, ölkə çempionu I mərhələdə Albaniyanın "Partizani" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə "Dandolk" (İrlandiya) - "Riqa" (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda, II təsnifat mərhələsinin matçları isə 23-24 və 30-31 iyulda keçiriləcək.


Müəllif: Teleqraf.com