Güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvləri Nigar Nəsirova və Ruslan Lunyov “Minsk 2019” II Avropa Oyunlarında debüt ediblər.
Onlar pnevmatik tapançadan 10 metr məsafəyə qarışıq komanda yarışında qüvvələrini sınayıblar. 27 cütlüyün mübarizə apardığı təsnifat mərhələsində Azərbaycan idmançıları 566 xalla 19-cu yeri tutublar.
Qeyd edək ki, ilk 8 yeri tutan komandalar növbəti raunda yüksəlib.
Eyni zamanda Azərbaycan samboçuları “Minsk 2019” II Avropa Oyunlarında ilk görüşlərini keçiriblər.
İikinci yarış günündə yığma üzvlərində 3-ü 1/4 final mərhələsindən mübarizəyə qoşulublar. Onlardan 68 kq çəkidə çıxış edən Emil Həsənov rumıniyalı Soke Laslo-Joltla 6:3 hesabı ilə qalib gəlib. O, bu gün saat 13:28-də başlayacaq yarımfinalda gürcüstanlı Mindia Liluaşvili ilə qarşılaşacaq.
Digər samboçulara gəlincə, Mehman Xəlilov (57 kq) belaruslu Vladislav Burdza 1:4, Ceyhun Hüseynov (82 kq) isə gürcüstanlı Berulava Besarioniyə 0:5 hesabı ilə uduzub./report/