23 İyun 2019 14:14
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Avropa Oyunlarının cüdo yarışlarının ikinci gününə mübarizəyə qoşulan Hidayət Heydərov 1/4 finala vəsiqə qazanıb.

73 kq çəki dərəcəsində mübarizəyə qoşulan Hidayət Heydərov 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vaza-ari xalı ilə məğlubiyyətə uğradıb.

Onun növbəti rəqibi israilli Din Yaakov Gemer olub. Bu dəfə 3 dəqiqə 31 saniyəyə ipponla qalib gələn Heydərov 1/4 finala yüksəlib.22 yaşlı cüdoçunun rəqibi yunanıstanlı Georgios Azoidis olacaq.


Müəllif: Teleqraf.com