9 Sentyabr 2014 18:16
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın ikinci günündə 61, 65, 74 və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıblar.

61 kq çəki dərəcəsində son Avropa çempionu Hacı Əliyev mübarizəyə 1/16 finaldan qoşulub. Ukraynadan Vasil Şuptar, Polşadan Kristof Bienkovski və Moldovadan Andrey Perpelita üzərində inamlı qələbələr qazanan güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda güclü Kuba güləşçisi ilə gərgin keçən görüşü də öz xeyrinə başa vuran H.Əliyev dünya çempionatının finalına vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi İran güləşçisi olacaq.

97 kq çəki dərəcəsində Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, dünya və üçqat Avropa çempionu Xetaq Qazyumov inamla güləşib və finala yüksəlib. Finala qədər Moldovadan Nikolay Çeban, Gürcüstandan Elizbar Odikadze, Monqolustandan Xuderbulqa Dorjxand, yarımfinalda isə London Olimpiadasının gümüş mükafatçısı Ukrayna güləşçisi Valeri Andreetsevi mübarizədən kənarlaşdırıb. İkiqat dünya çempionu olmaq üçün güləşçimiz Rusiya təmsilçisi Abdusalam Qadisovla final görüşünə çıxacaq.

61 kq
1/16 final - Hacı Əliyev - Vasil Şuptar (Ukrayna) 14:2
1/8 final - Kristof Bienkovski (Polşa) - Hacı Əliyev 0:10
1/4 final - Andrey Perpelita (Moldova) - Hacı Əliyev 0:11
1/2 final - Hacı Əliyev - Yovlis Bonne (Kuba) 4:2
FİNAL - Məsud Mahmud Esmailpurjuybari (İran) - Hacı Əliyev

65 kq
1/16 final - Məhəmməd Müslümov - Vilson Ndreqyoni (Albaniya) 10:0
1/8 final - Məhəmməd Müslümov - Bazar Bazarquruyev (Qırğızıstan) 10:2
1/4 final - Mustafa Kaya (Türkiyə) - Məhəmməd Müslümov 10:0

74 kq
1/16 final - Əşrəf Əliyev - Karmelo Lumia (İtaliya) 11:1
1/8 final - Alireza Afzalipaimami (İran) - Əşrəf Əliyev 4:6
1/4 final - Jumber Kvelaşvili (Gürcüstan) - Əşrəf Əliyev 9:5

97 kq
1/16 final - Nikolay Çeban (Moldova) - Xetaq Qazyumov 0:6
1/8 final - Xetaq Qazyumov - Elizbar Odikadze (Gürcüstan) 2:1
1/4 final - Xuderbulqa Dorjxand (Monqolustan) - Xetaq Qazyumov 0:6
1/2 final - Valeri Andreetsev (Ukrayna) - Xetaq Qazyumov 1:5
FİNAL - Abdusalam Qadisov (Rusiya) - Xetaq Qazyumov


Müəllif: