25 İyun 2019 08:06
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununun başlama saatı müəyyənləşib.

Teleqraf.com-un klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, "Krayova"ya (Rumıniya) qarşı görüş sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Komanda iyunun 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də yoxlama oyunu keçirəcək.


Müəllif: Teleqraf.com