25 İyun 2019 16:01
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarının beşinci gününə start verilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan yığmasının üzvü Cavid Çələbiyev Moldova təmsilçisi Dorin Buksa ilə qarşılaşmada 5:0 hesablı qələbə qazanıb. Bununla da təmsilçimiz 1/4 finala yüksəlib.

Qeyd edək ki, C.Çələbiyev 1/4 final döyüşünü iyunun 26-da keçirəcək. C.Çələbiyevə qədər Rüfət Hüseynov (49 kq) və Lorenso Sotomayor (69 kq) da 1/4 finala yüksəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər