27 İyun 2019 14:18
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan güləşçisi Mariya Stadnik “Minsk 2019” II Avropa Oyunlarında yarımfinala vəsiqə qazanıb.

Teleqraf.com xəbər verir ki, 50 kq çəkidə çıxış edən olimpiya mükafatçısı polşalı Anna Lukasiakdan güclü olub - 10:0.

O, rəqibini 52 saniyəyə məğlub edib.

Stadnik yarımfinalda türkiyəli Evin Demirhanla qarşılaşacaq.

***

Azərbaycanın daha iki güləşçisi “Minsk 2019” II Avropa Oyunlarında yarımfinala vəsiqə qazanıb.

Bunlar Elmira Qəmbərova (62 kq) və Sabirə Əliyevadır (76 kq).

***

09:40

Bu gün “Minsk 2019” II Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulacaqlar.

Teleqraf.com-un xəbərinə görə, Azərbaycanın əsas qızıl medal ümidlərindən biri Mariya Stadnik çıxışına 1/4 finaldan başlayacaq. Bundan başqa, səbrəst güləşçilər - Hacı Əliyev və Nurməhəmməd Hacıyev final görüşlərinə çıxacaqlar.

Azərbaycan idmançıları 7-ci yarış günündə stend atıcılığı, badminton, idman gimnastikası, eləcə də avarçəkmə yarışlarında da qüvvələrini sınayacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər