29 İyun 2019 14:09
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın iki yunan-Roma güləşçisi "Minsk-2019" II Avropa Oyunlarında 1/4 final görüşünü keçirib.

Teleqraf.com xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan İslam Bayramov macarıstanlı Viktor Lorinczi məğlub edərək (3:0) yarımfinala vəsiqəni təmin edib. O, 1/2 finalda xorvatiyalı İvan Hukleklə üz-üzə gələcək. Yarımfinallar Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Sabah Şəriəti (130 kq) isə Gürcüstan təmsilçisi Yakob Kacaya ilə dueldən məğlub ayrılıb (4:10) və yarımfinala yüksələ bilməyib. Azərbaycan güləşçisi rəqibi finala çıxacağı təqdirdə təsəlliverici görüşə qatıla bilər.

97 kq-da yer alan Orxan Nuriyev 1/8 finalda Avstriya təmsilçisi Daniel Qastlinə uduzub. Qastlin növbəti mərhələdə məğlub olduğu üçün Nuriyev təsəlliverivi görüş şanslarını da itirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər