29 İyun 2019 18:25
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vatikan abort etirazlarına görə Avstriyanın “Mariahilf” futbol klubu ilə keçiriləcək dostluq oyununu ləğv edib.

Teleqraf.com xəbər verir ki, buna Vatikanın abortu qadağan etməsinə Avstriya klubunun oyunçularının eirazı səbəb olub.

Oyundan əvvəl “Mariahilf”in qadın oyunçuları Vatikanın qərarına etiraz etmək üçün formalarını soyunaraq “Mənim bədənim, mənim qərarım” şüarını nümayiş etdiriblər.

Matçı əvvəldən tərk edən Vatikanın idman qurumunun təmsilçisi Danilo Zennaro Avstriya mediasına verdiyi açıqlamada oyunun ləğv edildiyini bildirib: “Biz bura idman üçün gəldik, hansısa siyasi mesaj vermək üçün yox”.

“Mariahilf” rəhbərliyinin təkidlərinə baxmayaraq, Vatikanın qadınlardan ibarət komandası oyuna çıxmaqdan imtina edib.

Əlavə edək ki, Vatikanın qadınlardan ibarət komandası bu ilin may ayında qurulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər