30 İyun 2019 16:27
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov “Minsk 2019” II Avropa Oyunlarında gümüş medal qazanıb.

Teleqraf.com-un məlumatına görə, 87 kiloqram çəki dərəcəsində yer alan 23 yaşlı pəhləvan finalda ukraynalı Jan Belenyuka uduzub - 1:3. İlk yarıda rəqibi ondan parterdə xal alsa da, ikinci hissədə Abbasov bu imkandan yararlana bilməyib.

Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi - 130 kiloqram çəkidə yer alan Sabah Şəriəti təsəlliverici görüşünü qələbə ilə başa vurub. Litvalı Romas Fredrikası 3:1 hesabı ilə yenən Şəriəti bürünc medal görüşündə norveçli Oskar Marviklə üz-üzə gələcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər