30 İyun 2019 17:59
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandığı medalların sayına görə nəticələrini uğurlu saymaq olar.

Teleqraf.com xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov söyləyib.

Nazir cüdo yığmamızın qızıl medal qazanmamasından təəssüfləndiyini bildirib: “Biz cüdoçularımızın Azərbaycana qızıl medalla qayıdacağını gözləyirdik. Təəssüflər olsun ki, bu, alınmadı. Düşünürəm ki, Azərbaycan Cüdo Federasiyası üzümüzə gələn Tokio Olimpiadasına çox ciddi yanaşmalıdır, bütün imkanları səfərbər etməlidir. Çünki bizim cüdoda çox yüksək səviyyəli komandamız var, onların güclü potensialı var”.

Güləşçilərin həmişəki kimi əldə etdiyi medallarla Azərbaycanı sevindirdiyini vurğulayan A.Rəhimov boks yığmamızda qızıl medalın qazanılmasını uğurlu nəticə kimi qiymətləndirib.

II Avropa Oyunlarının təşkilatçılıq baxımından yüksək təşkil edildiyini deyən nazir bildirib ki, burada təşkilati işlərdə azərbaycanlı mütəxəssislər də yaxından iştirak edib. Bakıda keçirilən I Bakı Avropa Oyunlarında qoyduğu standartlar Minskdə də uğurla tətbiq edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər