30 İyun 2019 20:43
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün keçiriləcək Minsk-2019 II Avropa Oyunlarının bağlanış mərasimində bayrağın növbəti Oyunların ev sahibi Polşanın Krakov şəhərinə ötürülmə mərasimi olmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Minsk-2019-un Əməliyyat Komitəsinin Mərasimlər və Mədəni Proqram üzrə İdarəsinin rəisi Sergey Xomiç keçirdiyi mətbuat konfransında açıqlama verib.

O bildirib ki, mərasim zamanı Oyunların bayrağı sadəcə endiriləcək. Xomiç bağlanış zamanı müasir Belarusun nümayiş etdiriləcəyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər