“Qalatasaray” heyətinə daha iki futbolçu cəlb edib.
Teleqraf.com xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi Cimmi Durmaz və müdafiəçi Şener Özbayraklını transfer edib. Özbayraklı ilə 2 illik müqavilə imzalanıb. O, “Qalatasaray”a azad agent kimi keçib. Türk əsilli isveçli Cimmi Durmaz isə 3 illik sazişə qol çəkib.
Qeyd edək ki, “Qalatasaray” bir neçə gün əvvəl Rayan Babel, Adem Büyük və Valentine Ozornvaforu da transfer etdiyini açıqlamışdı.