“Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin Albaniya “Partizani”si ilə oyunları üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib.
Teleqraf.com xəbərinə görə, bu haqda klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Baş məşqçi Qurban Qurbanov 3 qapıçı, 7 müdafiəçi, 11 yarımmüdafiəçi və 1 hücumçu olmaqla 22 futbolçu sifariş edib.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev
Müdafiəçilər: Ailton Silva, Rahil Məmmədov, Maksim Medveyev, Rəşad Sadıqov, Abbas Hüseynov, Bədavi Hüseynov, Donald Gerye
Yarımmmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı
Hücumçu: Mahir Əmrəli
Xatırladaq ki, “Partizani” ilə ilk oyun iyulun 10-u Tiranada, cavab qarşılaşması iyulun 17-si Bakıda olacaq.
Əlavə edək ki, "Qarabağ" mərhələ adlayarsa, sifariş ərizəsinə yeni oyunçular daxil edə biləcək.