6 İyul 2019 01:00
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında ilk medalını qazanıb.

Teleqraf.com-un xəbərinə görə, II Avropa Oyunlarında Azərbaycana bürünc medal qazandırmış Hidayət Heydərov (-73 kq) bu yarışda da əliboş qalmayıb.

O, yalnız finalda rusiyalı Yevgeni Prokopçuka qızıl xal hesabında uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu gün mübarizə aparan digər cüdoçumuz – bayraqdarımız Murad Fətiyev (-81 kq) ilk görüşdə uduzaraq, mübarizəni dayandırıb.

Onu da bildirək ki, medal sıralamasında Azərbaycan bir gümüş medalla 8-ci sırada qərarlaşıb.


Müəllif: Teleqraf.com