6 İyul 2019 22:15
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan "Sabah" və "Zirə" komandaları yoxlama oyununda üz-üzə gəliblər.

"Report"un məlumatına görə, "Əlincə Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:3.

Hesabı 6-cı dəqiqədə qonaq komandadan Şafik Tiqruca açıb. Lakin 2 dəqiqə sonra "Sabah"ın gənc hücumçusu Emil Qasımov bərabərlik qolunu vurub. 12-ci dəqiqədə komandanın kapitanı Cavid İmamverdiyev penaltini dəqiq yerinə yetirə bilməyib. 18-ci dəqiqədə "Sabah" Elvin Camalovun avtoqolu ilə önə çıxsa da, 2 dəqiqə sonra Mfo Kqasvane "Zirə"nin bərabərlik qoluna imza atıb.

İkinci hissədə səhnəyə "Sabah"ın yeni transferi Hendrik Ekşteyn səhnəyə çıxıb. O, 48 və 70-ci dəqiqələrdə fərqlənərək "dubl" edib. 84-cü dəqiqədə İlkin Muradov penalti ilə fərqi azaltsa da, 89-cu dəqiqədə Cavid Tağıyev yekun nöqtəni qoyub.

Yoxlama oyunu

“Sabah” – “Zirə” 5:3

Qollar: Emil Qasımov, 8. Elvin Camalov, 18-avtoqol. Hendrik Eksteyn, 48; 70. Cavid Tağıyev, 89 - Şafik Tiqrudca, 6. Mfo Kqasvane, 20. İlkin Muradov, 84-pen.


Müəllif: Teleqraf.com