Azərbaycan gimnastı Marina Nekrasova İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında ölkəmizin aktivinə ilk qızıl medalı yazdırıb.
Teleqraf.com Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, iyulun 7-də idman gimnastikası üzrə final yarışları keçirilib. Qadın idman gimnastımız Marina Nekrasova dayaqlı tullanma hərəkətində 14 tam xal toplayaraq qızıl medal qazanıb.
Bu yarışda 28 ölkədən 51 idmançı iştirak edib.
Kişilərin yarışında isə gimnastımız İvan Tixonov çoxnövçülük hərəkətində 79,600 xalla 11-ci yerdə qərarlaşıb.
Universiada çərçivəsində keçiriləcək bədii gimnastika yarışlarında Azərbaycanı Zöhrə Ağamirova təmsil edəcək.