"Yuventus"un hücumçusu Kriştianu Ronaldo yeni mövsüm üçün şəxsi hədəflərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, 34 yaşlı superulduz həmişə olduğu kimi, qarşısına yüksək məqsədlər qoyduğunu bildirib:
"Yenidən Madeyruda oldmağıma, ailəmi görməyimə şadam. Burada 2 həftə keçirəcəyəm. Ümid edirəm ki, hərşey yaxşı olacaq. Əla mövsümə hər zaman hazıram. Hədəfim yaxşı mövsüm keçirmək, mümkün olan hər şeyi etmək və titullar qazanmağa çalışmaqdır".
Qeyd edək ki, Ronaldo ötən ilin yayından "Yuventus"da çıxış edir.