"Real"ın baş məşqçisi Zinəddin Zidan hazırda Kanadanın Monreal şəhərində hazırlıq prosesində olan komandasının düşərgəsini tərk edib.
Teleqraf.com xəbər verir ki, 47 yaşlı mütəxəssis ailə vəziyyəti səbəbindən İspaniyaya qayıdıb. Onu məşq zamanı köməkçisi David Bettoni əvəzləyəcəyi bildirilib.
Zidanın Beynəlxalq Çempionlar kubokunda iyunun 20-i keçiriləcək "Bavariya" ilə oyuna kimi düşərgəyə qayıdacağı gözlənilir.