Futbol üzrə Rusiya Premyer Liqasında 2019/2020 mövsümünə start verilib.
Teleqraf.com-un məlumatına görə, açılış matçında "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi Tula "Arsenal"ı ilə Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin yeni klubu Moskva "Dinamo"su üz-üzə gəlib.
Tuladakı "Arsenal" stadionunda keçirilmiş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Start heyətində yer alan Şeydayev 87-ci dəqiqədə yerini Vyaçeslav Qrulevə verib.
Qeyd edək ki, ilk turun qalan görüşləri 13-15 iyulda keçiriləcək.