14 İyul 2019 08:18
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri davam edir.

Teleqraf.com xəbər verir ki, yarışın ikinci günündə daha iki sərbəst güləşçimiz mübarizəyə qoşulub.

Əli Rəhimzadə ilk görüşdə tunisli rəqibinə rahat qalib gəlsə də, ABŞ-dan olan həmkarına müqavimət göstərə bilməyib. Abubakr Abakarov isə debütdə ABŞ-ın digər təmsilçisinə məğlub olub. Ancaq hər iki güləşçimizin rəqibi finala yüksəldiyi üçün yığmamızın üzvləri iyulun 13-də mübarizəni bürünc medal uğrunda davam etdiriblər və yekunda 5-ci yerlə kifayətləniblər.

Üçüncü yarış günündə yığmamızın son 5 üzvü mübarizəyə qoşulub. Mahal Novruzov debütdə Türkiyə təmsilçisinə, Murad Süleymanov isə komanda yoldaşı Aleksandr Qostiyevə uduzub. Daha sonra Rio Olimpiadasının gümüş medalçısına qalib gələn Qostiyev yarımfinala yüksəlib. Slovakiya nümayəndəsini də yenən Aleksandr finala vəsiqə qazanıb. Belədə Murad da bürünc medal uğrunda mübarizə aparmaq fürsəti əldə edib.

Mübarizəyə 1/4 finaldan qoşulan Şamil Zubairov da Türkiyə idmançısını üstələyərək adını yarımfinala yazdırıb. Ancaq ABŞ pəhləvanı gənc güləşçimiz üçün keçilməz olub.

Aslanbek Alborov isə Hindistan və Qırğızıstan güləşçilərini yolundan kənarlaşdırmaqla yarımfinala adlayıb. Lakin finalın bir addımlığında İran güləşçisinə müqavimət göstərə bilməyib.

Təsəlliverici və medal görüşləri iyulun 14-də keçiriləcək.

65 kq
Təsnifat – Əli Rəhimzadə – Kaireddine Ben Telili (TUN) 13:2
1/4 final – Əli Rəhimzadə – Jon Maykl Diakomihalis (USA) 2:13
Təsəlliverici görüş – Əli Rəhimzadə – Zain Allen Retherford (USA) +:-
Bürünc medal görüşü – Əli Rəhimzadə – İsmayıl Musukayev (HUN) 0:8

79 kq
1/4 final – Abubakr Abakarov – Aleksandr Deyvid Dierinqer (USA) 0:10
Bürünc medal görüşü – Abubakr Abakarov – Bəhmən Məhəmməd Teymuri (İRİ) 4:7

74 kq
1/8 final – Mahal Novruzov – Enes Uslu 5:10

86 kq
Təsnifat – Aleksandr Qostiyev – Murad Süleymanov 3:2
1/4 final – Aleksandr Qostiyev – Səlim Yaşar (TUR) *6:6
1/2 final – Aleksandr Qostiyev – Boris Makoyev (SVK) 2:0
Təsəlliverici görüş – Murad Süleymanov – Səlim Yaşar (TUR)
FİNAL – Aleksandr Qostiyev – Dipak Punia (İND)

92 kq
1/4 final – Şamil Zubairov – Erhan Yaylacı (TUR) 6:4
1/2 final – Şamil Zubairov – Maykl Tbori Koks (USA) 0:11
Bürünc medal görüşü – Şamil Zubairov – Abubakar Turqayev (KAZ) / Məhəmməd Fərdi (ALG)

97 kq
Təsnifat – Aslanbek Alborov – Sativart Kadian (İND) 11:0
1/4 final – Aslanbek Alborov – Maqomed Musayev (KGZ) 6:1
1/2 final – Aslanbek Alborov – Əli Xəlil Şabanibenqar (İRİ) 0:10
Bürünc medal görüşü – Aslanbek Alborov – Abraham Ruano (İTA) / Fatih Yaşarlı (TUR)


Müəllif: Teleqraf.com