20 İyul 2019 07:25
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL yeni mövsümün qeydiyyatına start verib.

Bu mövsüm liqada 50 komandanın iştirakı planlaşdırılır. Bunlardan 45-i qeydiyyat haqqını tam ödəməklə turnirə birbaşa qatıla bilər. 5 komanda isə heç bir ödəniş etmədən keçiriləcək təsnifat mərhələsində qalib gələrək MFL-in yeni mövsümündə çıxış edəcək.

Təsnifat mərhələsi nədir?

80 komanda arasında keçiriləcək təsnifat mərhələsi aşağıdakı qaydada təşkil olunacaq:

- Hər birində 16 komanda olmaqla 5 play-off keçiriləcək.

- Kubok sistemi üzrə keçiriləcək play-off-larda komandalar 1/8, 1/4, 1/2-ə və nəhayət finala yüksələcəklər.

- “Play-off”larda qalib gələn komandalar (ümumilikdə 5 komanda) MFL-in əsas mövsümündə pulsuz iştirak etmək hüququ qazanacaqlar.

- Təsnifat mərhələsində komandalar aralarında bir dəfə görüş keçirəcəklər. Cavab oyunları nəzərdə tutulmur.

- Cütlüklər püşkatma yolu ilə müəyyən olunacaq.

- Heyətində minimum 8, maksimum isə 16 oyunçu olan istənilən komanda təsnifat mərhələsində iştirak edə bilər.

- Təsnifat mərhələsində iştirak ÖDƏNİŞSİZDİR!

Təsnifat mərhələsində çıxış etmək istəyən komandalar aşağıdakı şərtləri nəzərə almalıdırlar:

1. Təsnifat mərhələsinin qalibləri MFL-də şirkət adından çıxış etmək istəsələr müvafiq ödəniş (2000 manat) etməli olacaqlar. Lakin şirkət adından istifadə etməsələr yuxarıda qeyd olunduğu kimi MFL-in əsas mövsümündə iştirak pulsuz olacaq.

2. Təsnifat mərhələsinin qalibi olmuş komandaların üzvləri sonradan başqa komandaya keçə bilməzlər (bu yalnız qış transfer pəncərəsi zamanı mümkün olacaq).

3. Təsnifat mərhələsinin qalibi olmuş 5 komandanın oyunçularının əsas mövsümə buraxılması üçün onlar turnirin Reqlamentinə cavab verməlidirlər. Reqlamentə cavab verməyən oyunçular təsnifat mərhələsinin yekunlaşmasından sonra komandalardan uzaqlaşdırılacaqlar.

Suallarınız varsa zəng edə və yaxud mesaj göndərə bilərsiniz:

Telefonlar: (070) 269-00-21, (055) 587-53-54

E-mail: info@mfl.az

Təsnifat mərhələsinə ərizə və sənədlər 10 avqust tarixinə qədər qəbul edilir.

Futbol həyatınızın ayrılmaz bir hissəsidirsə, öz gücünüzü və bacarığınızı sınamaq istəyirsinizsə bu fürsəti qaçırmamalısınız. Kim bilir, bəlkə 5 şanslı komandadan biri elə siz olacaqsınız!


Müəllif: Teleqraf.com