Futbol üzrə Argentina milli komandasının kapitanı Lionel Messi Cənubi Amerika Futbol Konfederasiyasından rəsmi şəkildə üzr istəyib.
Teleqraf.com xəbər verir ki, 32 yaşlı futbolçunun bəyanatının bu gün yerli futbol federasiyası tərəfindən sözügedən quruma göndərildiyi bildirilib. Üzrxahlıq mesajında federasiya nümayəndələrinin izahlı şərhləri də yer alıb. Onların sözlərinə görə, Messi CONMEBOL-dakı rüşvət iddiaları haqda danışarkən rəsmi şəxsləri deyil, hakimləri nəzərdə tutub. Həmçinin federasiya hesab edir ki, Leo sözügedən məsələyə görə günahlandırılmamalıdır. Çünki o, həmin vaxt gərgin psixoloji durumda olub.