23 İyul 2019 22:38
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı boksçu Maksim Dadaşav döyüşdən sonra həyatını itirib.

Teleqraf.com xəbər verir ki, ABŞ-da Sabriel Matiasla qarşılaşmada başından ciddi zərbələr alan 28 yaşlı idmançının həyatını xilas etmək mümkün olmayıb.

O, 11-ci raundda görüşü dayandırmalı olub. Halı pisləşən boksçu xəstəxanaya çatdırılsa da, həkimlərin səyi nəticə verməyib.

Qeyd edək ki, Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub.


Müəllif: Teleqraf.com