Azərbaycan çüdoçusu Turan Bayramov Avropa Gənclər Olimpiya Festivalında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.
Teleqraf.com-un məlumatına görə, idmançımız finalda rusiyalı Rizvan Maqomedova ipponla qalib gələrək çempion olub.
T.Bayramov finala gedən yolda Adam Saferini (Avstriya), yunanıstanlı Mikis Tontimidisi məğlub edərək yarımfinala yüksəlib. O, həlledici qarşılaşmaya vəsiqə uğrunda türkiyəli Muhammed Demireli məğlubiyyətə uğradıb.
Bu çəki dərəcəsində bürünc medalları türkiyəli Muhammed Demireldən üstün olan kiprli Georgios Balarcişvili və yunanıstanlı Mikis Tontimidisə qalib gələn estoniyalı Vilyar Lipard layiq görülüblər.