"Yuventus"un qapıçısı Canluici Buffon Beynəlxalq Çempionlar Kubokunda bu gün "İnter"lə keçirilən matçda əla oyun nümayiş etdirib.
Teleqraf.com xəbər verir ki, əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında 3 seyv edən 41 yaşlı qolkiper komandasının qələbəsində əsas pay sahibi olub. İtaliyalı qapıçı "İnter"in futbolçuları - Andrea Ranokkio, Samuel Lonqo və Borxa Valeronun zərbələrini dəf edib.
Qeyd edək ki, penaltilər seriyasında daha dəqiq oynayan (4:3) "Yuventus" "İnter"ə qalib gəlib.