"Bütün şəraiti nəzərə alsaq, bizim üçün ağır səfər idi. Həm də bəzi zədəli futbolçularımızın olmasına görə oyun planımızda dəyişikliklər oldu".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Dundalk"la səfər oyunundan (1:1) sonra mətbuat konfransında deyib.
Komandasından razı qaldığını bildirən Qurbanov çətin qarşılaşma olduğunu qeyd edib: "Rəqib həddindən artıq çox istəkli idi, bizim üçün heç də asan olmadı. Amma futbolçuların hər birindən razı qaldım. Cavab matçında maksimum diqqətli olmalıyıq. İnanıram ki, qarşıdakı 1 həftəlik müddətdə komandanı oyuna istədiyimiz kimi tam hazır edəcəyik".
/Qol.az/