Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.
Teleqraf.com xəbər verir ki, Azərbaycan kubokunun qalibi “Qəbələ” bu gün mübarizəyə start verib. Sənan Qurbanovun komandası öz meydanında Tbilisi “Dinamo”sunu qəbul edir.
Bu, 2019/20 mövsümündən daha çox öz akademiyasının yetirmələrinə yer verəcək yenilənmiş "Qəbələ"nin ilk oyunudur. Komandanın bugünkü çıxışı həm də bu fakta görə maraq doğurur.
Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə də "Dinamo" ilə qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan təmsillçimiz evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək. Cütün qalibi Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.
25 iyul
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
Qəbələ şəhər stadionu
19:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tiflis, Gürcüstan) - 0:2 (İkinci hissə)
Qol: Levani Kutalia, 41, Arfanq Daffe, 87