"Qalatasaray" ötən mövsüm "Standart"dan icarəyə götürdüyü Kristian Luyindamanı birdəfəlik alıb.
Teleqraf.com xəbər verir ki, bunun üçün Belçika təmsilçisinə 5 milyon avro təzminat ödənilib. 25 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Luyindama "Qalatasaray"da ilinə 1 milyon 500 min avro qazanacaq.