30 İyul 2019 00:59
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 29-da Parisdə "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsinin rapid yarışlarının son üç turu keçirilib.

Teleqraf.com xəbər verir ki, ölkəmizi nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov yeddinci turda hindistanlı Vişvanatan Ananda qalib gəlsə də, sonrakı iki turda amerikalı Fabiano Karuana və rusiyalı Daniil Dubova məğlub olub. İdmançımız 7 xalla səkkizinci mövqeni tutub.

Turnir cədvəlində ilk pillədə 13 xalla fransalı Maksim Vaşe-Laqrav qərarlaşıb. Yarış iştirakçıları "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsi çərçivəsində iyulun 31-dən avqustun 2-dək blitz turnirində mübarizə aparacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər