31 İyul 2019 23:53
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA 2018-2019 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

10 nəfərlik siyahıda Çempionlar Liqasının son qalibi "Liverpul"dan 3, "Barselona" və "Yuventus"dan 2, "Real", PSJ və "Tottenhem"dən isə 1 futbolçu yer alıb.

Kriştianu Ronaldo, Matteys de Liqt (hər ikisi "Yuventus"), Lionel Messi və Frenki de Yonq (hər ikisi "Barselona"), Harri Keyn ("Tottenhem"), Eden Hazard ("Real"), Kilian Mbappe (PSJ), Sadio Mane, Məhəmməd Salah və Vircil van Deyk (hər üçü "Liverpul").

Qeyd edək ki, mövsümün futbolçusu ekspertlərdən ibarət xüsusi komissiya, internet istifadəçiləri, idman jurnalistləri, habelə milli komandaların məşqçiləri və kapitanlarının səsverməsi əsasında seçiləcək. Qalibin adı sentyabrın 23-də Milanda keçiriləcək tədbirdə açıqlanacaq.

/Qol.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər