1 Avqust 2019 00:58
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizdə inam var idi. Rəqibimiz bizdən bir az üstün idi. "Qarabağ" son 7 ildə görüşdüyümüz ən güclü kollektivdir".

"Report" xəbər verir ki, bu fikirləri İrlandiyanın "Dandolk" komandasının baş məşqçisi Vinni Pert Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

43 yaşlı mütəxəssis bildirib ki, oyun gözlənilən ssenari ilə gedib: "Qarabağ" topa sahib oldu. Bu gün güclü olan qələbə qazandı. Komandamdan razıyam. Rəqibə hörmət edirik. Növbəti mərhələdə onlara uğurlar arzulayıram. Ümumiyyətlə biz oyunlarımızı 17-18 dərəcədə keçiririk. Bunun səbəb kimi göstərmək istəmirəm. Rəqib çox güclü idi. Topla oynamağa icazə vermədilər. Səhvlərimiz də oldu və onlar yararlandılar".

Məşqçi növbəti mərhələdə "Qarabağ"a azarkeşlik edəcəyini söyləyib: "Qarabağ" favoritdir. Düşünürəm ki, sonrakı mərhələni də keçəcəklər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər