“Milan” heyətinə yeni oyunçu cəlb edib.
Teleqraf.com xəbər verir ki, “rassonyerlər” “Lill”dən Rafael Lealunu alıb. 20 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
Fransa mətbuatı “Milan”ın bu transfer üşün 35 milyon avro ödədiyini yazıb.
Qeyd edək ki, Rafael ötən mövsüm Fransa Liqasında 24 oyuna 8 qol vurub, 3 məhsuldar ötürmə edib.