"Nant" baş məşqçisi Vahid Halilhodviçlə yolları ayırıb.
Teleqraf.com xəbər verir ki, 67 yaşlı mütəxəssis klub prezidenti Valdemar Kita ilə görüşüb. V.Halilhodviçin istəyi ilə onunla müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, V.Halilhodviç ötən ilin oktyabrından Fransa Liqası təmsilçisini çalışdırırdı.