3 Avqust 2019 22:13
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.

Teleqraf.com-un məlumatına görə, beşinci yarış günündə üç yunan-Roma güləşçimiz mübarizə aparıb.

Mübarizəyə 1/8 finaldan qoşulan Ziya Babaşov əvvəlcə yerli güləşçini məyus edib. 1/4 finalda Cənubi Afrika təmsilçisinə də göz açmağa imkan verməyən Babaşov yarımfinala yüksəlib. Bu mərhələdə Hindistan idmançısı rəqibinə də gücünü göstərən Ziya adını finala yazdırıb. Babaşov həlledici görüşdə İran güləşçisin uduzaraq gümüş medalla kifayətlənib.

Nihat Məmmədli isə debütdə ilk hissədə ukraynalı rəqibinə qalib gəlib. Avropa çempionu daha sonra Türkiyə pəhləvanından güclü olub. Belarus güləşçisini də vaxtından əvvəl üstələyək Nihat yarımfinala vəsiqə qazanıb. Məmmədlinin qarşısında Özbəkistan güləşçisi də duruş gətirməyib və həmyerlimiz finala adlayıb. Həlledici qarşılaşmada Hindistan təmsilçisinə tam üstünlüklə qalib gələn Nihat dünya çempionu olub.

Xasay Həsənli da təsnifat mərhələsində Yunanıstan təmsilçisi qarşısında çətinlik çəkməyib. Xasay növbəti görüşdə Estoniya idmançısına heç bir şans tanımayıb. Ancaq Həsənli 1/4 finalda iranlı həmkarına minimal fərqlə uduzub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər