Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Dinamo" Rusiya Premyer Liqasında növbəti oyununa çıxıb.
Teleqraf.com-un məlumatına görə, komanda 4-cü turda Moskva derbisində “Spartak”ın qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb.
"Spartak" - "Dinamo" - 0:0
Qırmızı vərəqə: Esekyel Ponse, 35 ("Spartak", birbaşa qırmızı vərəqə)
Ramil start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə Vyaçeslav Qrulevlə əvəzlənib.
4 oyundan hərəyə 5 xal toplayan “Dinamo” və “Spartak” turnir cədvəlində müvafiq olaraq 8-9-cu yerləri bölüşdürürlər.