“Mançester Yunayted”in müdafiəçisi 34 yaşlı Eşli Yanq komandanın yeni kapitanı təyin edilib.
Teleqraf.com xəbər verir ki, bu haqda baş məşqçi Ule-Qunnar Sulşer məlumat verib.
“Yanq komandamızın yeni kapitanıdır. O, əsas heyətdə meydana çıxanda kapitan sarğısı taxacaq” – deyə Şulşer bildirib.
İngiltərə qəzetləri yazır ki, kapitanlığa David de Xea ilə Pop Poqba da namizəd idi.