10 Avqust 2019 19:54
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” və Kiprin “APOEL” klubları arasında avqustun 13-də Bakıda keçiriləcək cavab matçına 15 min bilet satılıb.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Biletlərin qiymətləri sektorlardan asılı olaraq 2, 5, 10 və 50 manatdan təklif edilir.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik Mall”, “28 Mall” və “Park Bulvar” ticarət mərkəzlərindəki “Iticket” satış məntəqələrindən, 2 və 3 saylı “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək mümkündür.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.
Xatırladaq ki, birinci görüşdə “Qarabağ” səfərdə “APOEL” komandasını 2:1 hesabı ilə məğlub edib.


Müəllif: Teleqraf.com