16 Avqust 12:00
727

“Qarabağ”ın futbolçusu Abdullah Zubir klubu tərk edə bilər.

Teleqraf.com xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə ötən mövsüm Fransada 1-ci Liqanı tərk edən “Genqam” maraqlanır.

Zubirin transferini reallaşdırmaq üçün klub prezidenti Bertrand Desplat və menecer Stefan Karnonun hazırda Bakıda olduğu bildirilir.

Qeyd edək ki, ötən ilin yayında Fransanın “Lans” klubundan transfer olunan Mərakeş əsilli fransalı futbolçunun “Qarabağ”la 2020-ci ilin iyulunadək müqaviləsi var.


Müəllif: Teleqraf.com