17 Avqust 21:13

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turu davam edir.

Teleqraf.com xəbər verir ki, bu gün daha bir görüş keçirilib. "Qəbələ" öz meydanında "Sumqayıt"a məğlub olub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Sumqayıt"ın heyətində yeni transfer Mehdi Şərifi dubl edib.

Turun digər oyunları qarşıdakı iki gün ərzində keçiriləcək.

17 avqust

Azərbaycan Premyer Liqası, I tur

19:00. “Qəbələ” – “Sumqayıt” - 0:2
Qollar: Mehdi Şərifi, 13, 29
Qırmızı vərəqə: Asif Məmmədov, 84-iki sarı vərəqə ("Qəbələ")
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu

18 avqust (bazar)

20:00. “Səbail” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
“ASCO Arena”.

19 avqust (bazar ertəsi)

20:00. “Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
“Bakcell Arena”

17 avqust (şənbə)

“Keşlə” – “Qarabağ” - 0:1


Müəllif: Teleqraf.com