18 Avqust 2019 22:57
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, həftənin üçüncü matçında "Səbail" "Zirə"ni qəbul edib. Bayıldakı "ASCO" arenada baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Qarşılaşmanın 79-cu dəqiqəsində Yevgeni Koçuk cərimə meydançasının daxilində əllə oyuna görə təyin edilən penaltini dəqiqə yerinə yetirib.

Qeyd edək ki, açılış turunun 2 oyununda qonaqlar qələbə qazanıb. "Qarabağ" "Keşlə"ni 1, "Sumqayıt" isə "Qəbələ"ni 2 cavabsız qolla məğlub edib.

Tura sabah keçiriləcək "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.


Müəllif: Teleqraf.com