23 Avqust 2019 23:58
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk oyununa çıxıb.

Teleqraf.com-un məlumatına görə, Covanni Kapraranın komandası Xorvatiya ilə üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdə keçirilən qarşılaşma yığmamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Azərbaycan iki, Xorvatiya isə bir xal qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü avqustun 25-də Hollandiyaya qarşı keçirəcək.

23 avust

Avropa çempionatı, C qrupu, 1-ci tur

Azərbaycan - Xorvatiya - 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15)


Müəllif: Teleqraf.com