Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"-"Linfild" (Şimali İrlandiya) cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Teleqraf.com-un məlumatına görə, matçın baş hakimi Rusiyadan 35 yaşlı Sergey İvanov olacaq.
Yan xətt hakimləri Roman Usaçov və Valeri Dançenko olacaq. Dördüncü hakim funksiyasını isə Sergey Lapoçkin yerinə yetirəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Linfild" görüşü avqustun 29-u yerli vaxtla saat 20:00-da başlayacaq. Komandalar arasında Belfastdakı ilk oyunda Şimali İrlandiya klubu 3:2 hesabı ilə qalib gəlib.