Şahdağ" - "Qarabağ Lökbatan" matçında xoşagəlməz hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, I Divizionun 2-ci turu çərçivəsinə keçirilən qarşılaşmada “Şahdağ”ın futbolçusu Məhəmməd Hüseynov qonaq komandanın oyunçusu Timur Dadaşovun ayağını sındırıb. Dadaşov aldığı zədə səbəbilə matçı yarımçıq tərk etməli olub.
Hadisə baş verdikdən sonra “Qaradağ-Lökbatan” prezidenti Tahir Mustafayev hadisədən kədərləndiklərini və futbolçunun ayağının vəhşicə sındırıldığını vurğulayıb.
Aldığı zədəyə görə uzun müddət yaşıl meydanlardn uzaq qalacağı söylənən futbolçunun artıq əməliyyat edildiyi bildirilir.
Qusarın “Şahdağ” komandası isə “Qaradağ Lökbatan”la keçirilən oyunda yaranan hadisələrlə bağlı bəyanat yayıb:
I Divizionun 2-ci turu çərçivəsində "Şahdağ” - "Qaradağ Lökbatan" matçından sonra baş verən hadisələr futbol ictimaiyyətində ajiotaja səbəb oldu. Oyunun 9-cu dəqiqəsində "Şahdağ”ın futbolçusu Məhəmməd Hüseynov "Qaradağ Lökbatan”ın üzvü Timur Dadaşova qarşı kobud oynayaraq ona zədə yetirib.
Nəticədə futbolçumuz sarı vərəqə ilə cəzalandırılıb, "Qaradağ Lökbatan”ın oyunçusu isə dərhal təcilli tibbi yardım maşını ilə xəstəxanaya çatırılıb. Orada isə futbolçuya lazımı tibbi yardım göstərilib. Hətta, "Şahdağ" futbol klubunun prezidenti Ərəstun Niftiyev də şəxsən həmin xəstəxanaya gedərək Dadaşovun səhhəti ilə maraqlanıb və lazım olan köməkliyi göstərib. Daha sonra prezidentimizin sayəsində zədəli futbolçu Bakiya göndərilib.
Ancaq çox təəssüf ki, "Qaradağ Lökbatan” rəsmiləri oyundan sonra mətbuatda yanlış informasiyalar yayıb. Onların söylədikləri həqiqətə uyğun deyil.
"Şahdag” FK aldığı zədə nəticəsində Timur Dadaşovun səhhətində yaranan problemlərə görə təssüflənir. Allahdan futbolçuya şəfa diləyir.